Pediatrdan 7 qızıl qayda

Uşaqların immun sistemi tədricən formalaşdığı üçün onlar böyüklərlə müqayisədə daha tez-tez xəstələnir. Bu təbiidir. Lakin uşaq xəstəliklərdən çıxmırsa, həddindən artıq tez-tez xəstələnirsə bu artıq onun orqanizmini zəiflədir, uşağın sağlam və möhkəm böyüməsinə mane olur.

Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskinin uşaqların daha gec-gec xəstələnməsi üçün 7 qızıl qaydasına əməl etməklə daha sağlam uşaqlar böyüdün.
Davamı →

Uşaqların sağlamlığı üçün palçıq oyunlarının əhəmiyyəti

Əgər uşaq yerə düşən konfeti götürüb ağzına qoyursa, əllərini yumamış yemək yeyirsə və ya şüşədən su içirsə, sakitləşin, təşvişə düşməyə dəyməz.

Alimlər uşaqların sağlamlığı üçün palçıq oyunlarının əhəmiyyətindən danışıb. Bu araşdırma “New England Journal of Medicine” jurnalında dərc edilib.

Çikaqo Universitetinin mikrobioloqu və 2 uşaq atası Cek Gilbert iddia edir ki, kir və mikroblarla əlaqə uşaqların immunitetini gücləndirir. Gilbert və onun həmkarları mikrobların uşaqlara təsiri haqqında çox maraqlı bir həqiqəti üzə çıxarb. Gilbert deyib ki, mikroblarla əlaqə çox faydalıdır:
Davamı →

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun

Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar. Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.
Davamı →

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə («smes») qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər.

Bütün dünyada pediatrlar uşaqlara 6 ayına kimi yalnız ana südü və ya ana südü olmadığı halda «smes» verməyi tövsiyə edirlər.

Uşağın 6 ayı tamam olandan sonra ona əlavə qidaları verməyə başlamaq olar. Lakin bu halda da uşağın əlavə qidalara hazır olub-olmadığını təyin etmək lazımdır. Bunu pediatr uşağı müayinə etdikdən sonra təyin edir.
Davamı →

Uşaqlarda gec dil açma

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızıbir sıra sualları cavablandırıb:
Davamı →

Əmzikdən istifadə

Əmzik bir çox ana üçün uşaq ağladığında, narahat hiss etdiyində can qurtarandır. Ancaq istifadə edilən əmziyin uşağa olan ziyanları bitmək bilmir! Uşaqlar üçün bir müddətdən sonra asılılıq halına gələn əmzik onların ağız sağlamlığına və diş struktruna ziyan verə bilər. Bununla yanaşı, uşaq üçün çox faydalı və vacib olan ana südündən də uzaqlaşdıra bilər. Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?

Barmaq əmən uşaqlar əmzik yeməlidir
Hər bir uşaq həyat instiktləri ilə doğulur. Bu instiktlərdən biri də əmməkdir. Bu refleks uşağın qidalanması üçün çox önəmlidir və bəzi uşaqlarda çox zəif, bəzilərində isə qane edilməyəcək dərəcə çox güclü ola bilir. Bu instikt çox olan uşaqlar barmaqlarını əmməyə başlayırlar. Baş barmağının əmilməsinin qarşısını almaq üçün əmzik yaxşı bir alternativ ola bilər.
Davamı →

İştahsız uşaqlar üçün nə etməli?

Gün ərzində ən çox hansı qidanı yediyini kəşf edin
Xüsusilə proteinli süd, qatıq və ət kimi doyurucu qidaları gərəyindən artıq yeməsi uşağın iştahsızlığına səbəb olur. Belə hallarda bu qidanın miqdarını azaldaraq və ya ana yeməklərdən çıxararaq böyüməsi üçün lazım olan digər qidalara qarşı da iştahının olmasını təmin edə bilərsiniz.

Yemək yeyərkən maye qəbul etməməlidir
Xüsusilə şorba ilə yeməyə başlamaq və yemək zamanı turşu, ayran, qatıq, su kimi qidaların doyma hissi yaratdığını unutmayın.
Davamı →

Uşaqlarda gec yerimə

Övladının yeriməyini görmək bütün ana-ataların arzusudur. Türkiyəli pedaqoq Əminə Ergünün uşaqların gec yeriməsi ilə bağlı fikirlərini təqdim edirik. Yerimək uşaqlar üçün vacib bir hadisədir. Müstəqilliyin ilk və əhəmiyyətli pilləsidir. Uşaqlar iməkləyərək bir çox yerə özü çata bilir, əldə edə bilmədiklərinə isə əllərini uzadaraq nail olur.

Lakin yeridikdən sonra artıq hərəkət qabiliyyəti artır və istədiyi yerə, hədəfə çata bilir: "İnkişaf müddətində uşaqların 8-10 aylığında iməkləməsini, 12-14 aylığında yeriməsini gözləyirik. Bəzən uşaqlar iməkləmədən birbaşa yeriməyə başlayırlar. 8-10 aylığında iməkləməyən uşağın 11-12 aylığında ayağa qalxıb yeridiyinin də şahidi oluruq. Bu cür vəziyyət inkişafın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və narahat olacaq bir hal deyil".
Davamı →